MMS-S

Bazar iqtisadiyyatı şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan müəssisənin bazara keyfiyyətli iş ve xidmətin təklif olunması həmçinin material, əmək və maliyyə ehtiyyatlarının səmərəli istifadə edilməsi üçün, müasir idarətmə və nəzarət mexanizmlərinin tətbiq etməsi zəruridir. Mobil Müşahidə Sistemləri -servisi ( MMS-S) müəssisəsi tərəfindən uzun müddətli araşdırmalara əsaslanaraq hazırladığı Mobil Müşahidə Sistemini diqqətinizə təqdim edirik. Mobil qoşqu üzərində yığılan bu qurğumuzda hər şey yüksək dəqiqliklə hesablanmışdır. Belə ki, sistem mobil qoşquya yığıldığı üçün hər hansı bir avtomobilə qoşularaq istənilən yerə daşınması mümkündür. İstədiyiniz məkanda quraşdırılmış monitorla və ya mobil telefonunuzla, keyfiyyətli günəş panellərinin istehsal etdiyi enerji ilə təhciz olunan 24 saat kəsintisiz , 500 metr ərazinin video görüntüsünü xüsusi proqram vasitəsilə yüksək keyfiyyətlə izləyə bilərsiniz. İki sabit və bir hərəkətli kameralar vasitəsilə müxtəlif bucaqlardan və məsafədən uzun müddət qurğunun yaddaşında saxlamaqla canlı müşahidə aparmaq mümkündür. Qurğumuz istənilən hava şəraitində fəaliyyət göstərə bilir. MMS- i əsasən yol infrastrukturunun, bina ve sənaye obyektlərinin tikintisi və təmiri sahəsində, kənd təsərrüfatı sahəsində habelə sifarişçinin istəyinə uyğun olaraq istənilən yerdə quraşdırılaraq istifadə edilə bilər. MMS-S müəssisəsi hazırladığı qurğuların satışını, servisini və icarəsini təklif edir!